AZ

ABŞ-də İŞİD-lə əlaqəli olduğu iddia edilən 8 tacik saxlanılıb


ABŞ-də İŞİD-lə əlaqədə şübhəli bilinən səkkiz tacikistanlı saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC telekanalı məlumat yayıb.
Bildirilib ki, onlar Federal Təhqiqatlar Bürosunun (FTB) Los-Anceles, Nyu-York və Filadelfiyada keçirdiyi əməliyyat zamanı həbs ediliblər.
Qeyd olunur ki, saxlanlılanların hmaısı ölkənin cənub sərhədini keçərək ABŞ-yə daxil olublar və onlardan ən azı ikisi bunu 2023-cü ilin yazında edib. Telekanalın məlumatında deyilir ki, FTB onları bir neçə ay araşdırıb və nəzarətdə saxlayıb, lakin onlar terror aktı hazırlamaqda ittiham olunana qədər həbsin rəsmi səbəbi immiqrasiya qanunlarının pozulması ilə bağlı olub.
Eyni zamanda, “New York Post”un məlumatına görə, saxlanılan səkkiz nəfərdən altısı tacik olsa da, Rusiya vətəndaşıdır. Qəzet onu da yazır ki, istintaq zamanı FTB agentləri telefonları dinləyib və həbs edilənlərdən birinin bombalardan danışdığını müəyyən ediblər. Nəşrin adının açıqlanmasını istəməyən həmsöhbətləri bildiriblər ki, söhbət 2013-cü ildə Boston marafonunda baş vermiş faciəyə bənzər terror aktı hazırlamaqdan gedir.
Bundan əvvəl FTB-nin direktoru Kristofer Rey ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib ki, ABŞ Rusiyanın “Krokus Siti Holl”unda baş vermiş terror aktına bənzər terror aktı ilə üzləşə bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
yeniavaz.com

1Mənbələr