AZ

Azərbaycanda turistlərin pul xərcləri yüksəlib – Turizm balansında $27 mln.-luq profisit!

Azərbaycanda 2024-cü ilin birinci rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 61.7% artaraq 690.9 mln. dollar təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü ilin I rübü üzrə tədiyə balansı üzrə statistikasında bildirilir.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (359.1 mln. dollar) idxalı (331.9 mln. dollar) üstələməsi nəticəsində 27.2 mln. dollar həcmində profisit yaranmışdır.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 31.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 39.2% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 331.9 mln. dollar olmuşdur.

Bunun 77.6%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
banker.az

1Mənbələr