AZ

Azərbaycan 900 mln. dollar dəyərində avroistiqrazların geri alışını həyata keçirib

Bakı. Trend:

Azərbaycan 900 mln. dollar dəyərində emissiya edilmiş qiymətlikağızların - avroistiqrazların geri alışını həyata keçirib.

Trend xəbərverir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinindirektoru Samir Nəsirov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 2024-cü ilin birinci rübündə baş tutan busövdələşmə portfel investisiyalarında 903 milyon ABŞ dollarıdəyərində defisit yaradıb.

Qeyd edək ki, 2014-cü ilin mart ayında Azərbaycan ilk dəfəolaraq 10 il müddətinə 4,75 faiz dərəcəsi ilə 1,25 milyard dollarməbləğində xarici valyutada dövlət qiymətli kağızlarını(avroistiqrazları) yerləşdirib.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
az.trend.az

1Mənbələr