AZ

YAP Zaqatala rayon təşkilatının yeni təyin olunmuş sədri ictimaiyyətə təqdim edilibFOTO

İyunun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatının yeni təyin olunmuş sədri Fərid Ramazanov ictimaiyyətə təqdim edilib.

“İki sahil” xəbər verir ki,  Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə tər güllər düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyevatarixi zərurətdən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirərək siyasi səhnədə yüksəlişə nail olduğunu deyiblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolu ilə irəliləyən müasir Azərbaycan qüdrətlənir, möhtəşəm uğurlar qazanır. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən Heydər Əliyev siyasəti gələcək uğurların həlledici əsasıdır.

Sonra partiyanın Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Fərid Ramazanov  göstərilən etimada görə təşəkkürünü bildirərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağını bildirib.

Partiya veteranı, Zaqatala rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədov, Kəpənəkçi kənd ərazi partiya təşkilatının sədri Xuraman Şabanova, partiya fəalı Rəcəb Əlizadə Yeni Azərbaycan Partiyasının ölkəmizə möhtəşəm uğurlar qazandırdığını deyiblər.

Natiqlər YAP Zaqatala rayon təşkilatının sədrini təbrik edərək məsuliyyətli və şərəfli işində uğurlar arzulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
ikisahil.az

4Mənbələr