AZ

Bakı-Yalama istiqamətində dəmir yollarının yenidən qurulması nə vaxt başa çatdırılacaq?

Dünya standartlarına uyğunlaşmamız və qatalarımızın müasirləşdirilməsi üçün işlər görürük. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İsveçrənin “Stadler Rail Group” şirkəti ilə imzalanmış müqaviləyə əsasən alınmış FLIRT tipli 10 müasir qatardan dördü artıq ölkəmizdədir və test mərhələsini tamamlayıb.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, sərnişindaşımada rəqəmsallaşmaya da böyük önəm verilir.

“Son dövrlərdə ADY-də keçirilən islahatlar nəticəsində sərnişindaşıma xidmətində yüksək artım tempi müşahidə olunur. Dəmir yolu infrastrukturun müasirləşdirilməsi xüsusi proqram üzrə həyata keçirilir. Prosesin bir il ərzində yekunlaşdırılması mümkün deyil. Bakı-Astara istiqamətində xüsusi plan üzərindən işlər aparılır, növbəti ildən bu yolda layihələndirmə və tikinti işlərinin başlanması hədəflənir. Hazırda Bakı-Yalama istiqamətində dəmir yolları yenidən qurulur. Növbəti ilin birinci yarım ilində işlərin başa çatdırılması planlaşdırılır”, – deyə ADY sədri bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
3
azpost.info

4Mənbələr