AZ

Xamnəinin baş müşaviri Rusiya və Çindən danışdı

"İranın Rusiya və Çinlə əlaqələri hazırda nisbətən yaxşıdır".

Yenisabah.az SNN-ə istinadla xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Xamnəinin baş hərbi müşaviri general Rəhim Səfəvi deyib.

"İranın Rusiya və Çinlə əlaqələri hazırda nisbətən yaxşıdır. Baxmayaraq ki, Rusiya və Çin hər ikisi öz maraqlarına oynayır və xarici siyasət münasibətlərində bunu nəzərə almalıyıq. Eyni zamanda, Avropa və digər ölkələrlə də əlaqələrimiz var", - deyə iranlı general vurğulayıb.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
yenisabah.az

1Mənbələr