AZ

Ermənistan polisi parlamentin qarşına tikanlı məftillər çəkdi – Paşinyan binadadır

Ermənistan polisi parlament binasının qarşına tikanlı məftillər çəkib, əraziyə xüsusi texnika gətirilir.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan parlamentdədir və onun çıxışı gözlənilir. Eyni zamanda ərazidə polis qüvvələrinin sayı artırılıb.

Bir gün əvvəl isə “Vətən üçün Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan vətəndaşları iyunun 12-də saat 15:00-da Yerevanın Baqramyan prospektində, parlament binasının qarşısına toplaşmağa çağırıb.

Orxan,

KONKRET.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
konkret.az

1Mənbələr