AZ

Özbəkistanlı sahibkarlar Azərbaycanda investisiya yatırmağa dəvət edilib

Özbəkistanlı sahibkarlar Azərbaycanda investisiya imkanlarını dəyərləndirməyə çağırılıb.

“Report”un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, belə bir çağırışla nazir müavini Elçin Zeynalov bu gün keçirilən Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa həsr olunmuş görüş zamanı çıxış edib.

Görüşdə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Özbəkistanın kənd təsərrüfatı nazirinin müavini Akmaljon Kasimov, iki ölkənin müvafiq strukturlarının nümayəndələri iştirak ediblər.

E. Zeynalov bildirib ki, ölkələr arasında mövcud olan sıx dostluq əlaqələri kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Aqrar sahəni iki ölkə arasında əməkdaşlığın ən perspektivli sahələrindən biri adlandıran nazir müavini qeyd edib ki, Azərbaycan Özbəkistanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, kənd təsərrüfatının rəqəmsallaşdırılması, aqrar sığorta mexanizminin tətbiqinə dair təcrübə mübadiləsinin aparılması və digər məsələlər müzakirə olunub.

Qeyd olunub ki, Azərbaycan Özbəkistan ilə iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsi istiqamətində bütün təşəbbüsləri dəstəkləyir. Nazir müavini Azərbaycanda etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladıb.

Tərəflər aqrar sahə üzrə ixtisaslaşmış ali təhsil müəssisələri, elmi tədqiqat institutları arasında əməkdaşlığı genişləndirmək barədə də fikir mübadiləsi aparıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
5
report.az

6Mənbələr