AZ

"Yuventus" braziliyalı futbolçu transfer edəcək

"Aston Villa"nın yarımmüdafiəçisi Duqlas Luiz karyerasını "Yuventus"da davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb. 

Məlumata görə, aparılan danışıqlardan sonra tərəflər razılığa daha yaxındırlar. Müzakirələr son mərhələdədir.

Həmçinin qeyd olunur ki, "Yuventus" Duqlas Luizin özü ilə əməkdaşlıq şərtlərini razılaşdırmaq üzrədir.

"Aston Villa" müqavilə çərçivəsində təxminən 20 milyon avro qazanacaq.

"Transfermarkt" portalı 26 yaşlı Braziliya millisinin futbolçusunun dəyərini 70 milyon avro olaraq qiymətləndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
apasport.az

1Mənbələr