AZ

Millimizin yeni baş məşqçisi Fernandu Santuş kimdir? - DOSYE 

Dünyaca məşhur portuqaliyalı baş məşqçi Fernandu Santuş futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Bu barədə AFFA İcraiyyə Komitəsinin onlayn formatda keçirilən növbəti iclasında qərar verilib. Portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub. 

Yenisabah.az 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olmuş 70 yaşlı baş məşqçinin kariyerası ilə bağlı maraqlı məlumatları təqdim edir: 

Baş məşqçilik kariyerasında 1987-ci ildə “Estroil” klubunda köməkçi baş məşqçi olaraq başlayan Fernandu Santoş bir sezon sonra sözügedən klubun baş məşqçiliyinə təyin edilib. Fernandu Santuş məşqçi olaraq ilk böyük uğuruna 1999-cu ildə “Porto” klubunda imza atıb. Belə ki, portuqaliyalı baş məşqçi klubla Portuqaliya liqası, ölkə kuboku və superkuboku qazanıb. 

2001-ci ildən etibarən bir-birinin ardınca Yunanıstanın “AEK”, “Panatinakos”, “PAOK” və  Portuqaliyanın “Sportinq” və “Benfika” klublarını çalışdırıb. 2010-2014-cü illə ərzində Yunanıstan milli komandasına rəhbərlik edən Santuş, kariyerasının ən böyük uğuruna 2016-cı il Avropa çempionatının finalında Portuqaliya seçməsinin başında ev sahibi Fransanı 1-0 hesabı ilə məğlub edərək sahib olub. 

Fernandu Santuş son olaraq qısamüddətli Türkiyənin “Beşiktaş” klubunu çalışdırıb. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
yenisabah.az

2Mənbələr