AZ

Qalib və güclü Azərbaycanın yaranmasında Böyük Lider faktoru

Yorulmaz əzmlə vətəni, xalqı və onun rifahı uğrunda çalışan, mübarizə aparan hər kəlməsi, addımı və əməli ilə xalqına uğurlar, qələbələr bəxş edən tarixi lider və şəxsiyyət İlham Əliyev tarixin Azərbaycan xalqına bəxş etdiyi ən böyük mükafatdır.

Azərbaycan tarixində ilk dəfə İlham Əliyevin rəhbərliyində Azərbaycan xalqının və dünya azərbaycanlılarının tam milli birliyi və həmrəyliyi təmin olunmuş, bu milli birlik və həmrəylik, tarixi zəfərlərin əldə olunmasında Azərbaycanın ən böyük uğuru olmuşdur. Azərbaycan qələbə salnaməsinin banisi İlham Əliyev tariximizdən bizə miras qalan qanlı günləri, matəmləri, əsrlərdir həllini tapmayan problemləri həll edib yeni dövlət, yeni milli kimlik və yeni təqvimin əsasını qoydu.  Azərbaycan tarixinin dahi lideri Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu və xalqın birliyi ilə qazanılan qələbə xalq və Lider həmrəyliyinin ən tarixi təntənəsidir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev bir daha bütün dünyaya sübut etdi ki, xalqımızın öz istiqlaliyyətinə inamına, vətən sevgisinə heç bir qüvvə mane ola bilməz. Xalqımız inamı, birliyi, bütövlüyü və həmrəyliyi ilə mənalandırdığı varlığının tarixi əsaslarını tarixi lider İlham Əliyevin rəhbərliyində yeni qələbələrlə daha da möhkəmləndirdi.

Vətən müharibəsində qələbə tariximizin ən şanlı səhifəsidir. 20 sentyabr 2023-cü il isə ərazi bütövlüyümüzün tam təmin olunduğu möhtəşəm tarixi gündür. gündür. Xalqımızın yüz illərdir davam edən vətən, istiqlal və əmin-amanlı gələcək uğrunda mübarizəsi Azərbaycan tarixinin ən dahi şəxsiyyəti Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin liderliyində qələbə ilə nəticələndi. Cənab Prezident. Ali Baş Komandan İlham Əliyevin 15 oktyabr 2023-cü ildə Xankəndində Azərbaycan bayrağını göndərə çəkməsi və orada etdiyi çıxış Azərbaycan tarixinin ən əlamətdar günü kimi yaddaşlarda və tarixdə qalacaq. Qələbə və qalib dövlət anlayışı dəyişməz bir reallıq olaraq xalqımızın şüuruna, kimliyinə və tarixə həkk olunmaqla yanaşı, yeni bir tarixi dövrün də əsasın qoydu.Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan ərazi bütövlüyünü öz gücünə bərpa etmiş, güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirən ölkəyə çevrildi.Prezident, Ali Baş Komandan cənab İlham Əliyevinrəhbərliyində qazanılan qələbə ilə xalqımız və ordumuzmümkün olmayana nail olub, digər xalqlara örnək olacaq qələbəyə imza atıb.

Azərbaycanın qazandığı qələbələr tarixə və bəşəriyyətə dəyər qatıb, yeni dəyərlər sistemi yaratdı. Haqqı, ədaləti, sülhü ön planda tutan Azərbaycan xalqının qələbələri məzlumlara ilham və ümid, bəşəriyyətə sivilizasiyanın müjdəsi və fürsəti olmuşdur.Azərbaycan dövlətinin əldə etdiyi qələbələrin bütün bəşəriyyətə, regiona firavanlıq və əmin-amanlıq gətirəcək mahiyyətdə elmi nailiyyətlər və texnoloji gedişlərlə, həmlələrlə istehkamlarının möhkəmləndirilməsi həm Azərbaycan, həm də region dövlətlərinin siyasi, sosial və iqtisadi rifahı baxımından mühüm əhəmiyyət daşıyır. 30 il Qərb və digər dövlətlərin və ya onun subpodrat təşkilatlarının vəkilliyi ilə işğalı legitinləşdirmək üçün həyata keçirdiyi siyasi və diplomatik hücumlar 44+1 gündə Dövlət rəhbərinin, ordunun və xalqın polad iradəsi qarşısında darmadağın edildi. Fəqət həm Ermənistan dövləti və dünya erməniləri, həm də onların “dəstəkçi” və “himayədarları” ilə mübarizə siyasi, diplomatik, sosial, iqtisadi sferalarda davam edəcək. Bunun üçün bütün sferalarda inkişaf qələbənin istehkamlarını möhkəmləndirmək və qalib statusunu qorumaq dövlətimiz üçün prioritet vəzifəyə çevrildi.

Qalib Azərbaycanın banisi İlham Əliyevin dahiliyi və uğurlu siyasəti nəticəsində qələbə və qalib dövlət anlayışı dəyişməz bir reallıq olaraq xalqımızın şüuruna, kimliyinə və tarixə həkk olundu Tarixdəki nümunələr sübut edir ki, cəbhədə qələbə qazanmaq qədər, o qələbələri elmlə, incəsənətlə, fəlsəfə ilə layiqli sivilizasiya dəyərlərinə çevirərək qorumaq, sosial, mədəni, siyasi və iqtisadi sahələrdə institusionallaşdırılmış uğurlarla davamlı etmək, daha vacibdir.

Bunu milli dəyərlərə və tarix şüura sahib, azad, cəsur, düşünən, komanda işi ilə özünü yeni axtarışlara yönəldə bilən, dünyagörüşlü, mədəni insanlar yetişdirməyi qarşısına məqsəd qoyan təhsil sistemi ilə həyata keçirmək mümkündür. Bu qələbə ruhu hər bir azərbaycanlının qəlbində əbədi məşəl kimi alovlanıb daima şüurumuzu yolumuzu elm və biliklə işıqlandırmalıdır.  Qalib xalq idealını səngərlədə, diplomatiya cəbhəsində torpaqlarını işğaldan azad edib reallığa çevirən Azərbaycan xalqı, bu idealı elm, texnika, sosial və  müxtəlif areallarda inkişaf edib qələbənin istehkamlarını gücləndirmək üçün yeni tarixi mərhələyə addım atıb.

Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində əldə etdiyi uğurlar onun daxili və xarici maraqlarının düzgün müəyyənləşdirilməsi ilə bağlıdır. Dövlətimizin güclənməsi ilə Vətən müharibəsində qazandığı qələbə Azərbaycan Respublikasının milli  təhlükəsizliyinin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan dünyada təbii sərvətlərdən tam səmərəli istifadə etməyi bacaran ölkə kimi tarixə keçdi. Çünki, Azərbaycan təbii sərvətini tək iqtisadi resurs kimi deyil, həm də, milli təhlükəsizliyini təmin edən resursa çevirməyi basardı. Müstəqilliyini yeni qazanan Azərbaycan üzləşdiyi Azərbaycan-Ermənistan müharibəsi ilə iqtisadi və strateji cəhətdən ən münbit 20% ərazisini itirdi. Büdcəsi olmayan, xarici borc ala bilməyən və 1 milyondan çox məcburi köçkün problemi ilə üzləşən Azərbaycan, çoxlarının arzuladığı kimi, bölünmədi, parçalanmadı, yox olmadı. Milli və təbii resurslarını uğurla dəyərləndirib, güclü dövlət qurdu. Borc ala bilməyi ölkələrə investisiya qoydu. Dünyanın ən müasir ordusunu qurub, yeni nəsil texnologiyaları orduda tətbiq edərək, dünya müharibə tarixində inqilab yaradıb, suverenliyini və ərazi bütövlüyünü təmin etməklə yanaşı, milli təhlükəsizliyinin zirehini güvvətləndirdi. Bütün bunlar malik olduğu resursları düzgün qiymətləndirmək hesabına mümkün oldu.

  • Dövlətin müstəqilliyini və suverenliyini təhdid edən işğala son qoyuldu;
  • 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimiz yenidən quruldu və qaçqınlıq həyatı sona çatıb insanların doğma yurdlarına “Böyük Qayıdış”ı başladı;  
  • Dövlətin suverenliyi və ərazi bütövlüyü təmin olundu;
  • Dövlətin  beynəlxalq səviyyədə   tanınan sərhədlərinin möhkəmləndirilməsinə nail olundu;
  • Azərbaycan xalqının tarixində ilk dəfə olaraq dövlətə, Liderə, orduya inam ən yüksək səviyyəyə çatıb, xalqın birliyini və vahidliyi tam təmin olundu;
  • Milli özünüdərk və soy kökünə bağlılıq artdı. Dünya azərbaycanlılarının həmrəyliyi qürur səviyyəsinə çatdı, onların Azərbaycan dövlətinə olan inancı artdı;
  • Vətəndaş cəmiyyətlərinin fəaliyyəti və funksionarlığı artıb, dövlət qurumları və institutları ilə koordinasiyalı işləyərək, dövlətçiliyin inkişafına və güclənməsinə töhfə verməkdədir;
  • İcmalar, müxtəlif din nümayəndələri və Azərbaycanda yaşayan az sayılı xalqların birliyinin, bütövlüyünün multikultural və tolerant əsaslarla balansı təmin olundu;
  • Xəzər ətrafı dövlətlərlə siyasi və iqtisadi maraqlar qarşılıqlı münasibətlər çərçivəsində uzlaşdırılıb, yüksək səviyyədə dostluq və əməkdaşlıq platformasına çevrildi.
  • Azərbaycan beynəlxalq öhdəlikləri yerinə yetirən beynəlxalq təşkilatlarla  əməkdaşlığın inkişaf etdirən regional dövlət kimi qlobal siyasi və iqtisadi məkanda böyük nüfuz sahibi olub, regional təhlükəsizliyə,  sabitliyə töhfə verən ölkə kimi tanındı;
  • Azərbaycan milli təhlükəsizliyimizi gücləndirmək üçün davamlı böyüyən, yeni nəsil  texnologiyalar tətbiq edilən,  islahatlar aparılan uğurlu iqtisadi inkişaf məkanına çevrildi;
  • Azərbaycan milli təhlükəsizliyimizi gücləndirmək üçün elm, təhsil və elmi-tədqiqat institutlarının kadr bazasının yenilənməsi və təkmilləşdirilməsinə onların texnoloji potensialın artırılmasına investisiya qoyub inkişaf etdirməkdədir;
  • Azərbaycan milli təhlükəsizliyi üçün sürəkli yenilənən və inkişaf etdirilən informasiya-kommunikasiya sistemlərinə malik bir ölkədir.

Nəsillərin mirası olan işğal atındakı torpaqları şəhidlərimiz böyük fədakarlıqla əvəzini canları ilə ödəyərək işğaldan azad edib bizlərə miras qoydu.  Onların miras qoyduğu bu torpaqları və coğrafiyanı, xalqların sülh içində yaşadıqları coğrafiyaya çevrilməsi üçün əzm və həyəcanla çalışmaqda indi və gələcək nəsillərin ən böyük idealına çevrilməsinə səy göstərilməlidir  2006-cı il iyulun 13-də  Bakı-Tbilisi-Ceyhan neft boru kəməri açıldı, 2006-cı il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi. “Ümid”, “Babək” və “Abşeron” qaz yataqlarının kəşfi ilə Azərbaycanın böyük həcimdə qaz ehtiyatı olduğunu ortaya çıxardı.

2014-cü il sentyabrın 20-də Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yaranması nəticəsində dünyanın enerji xəritəsində yeni siyasi və iqtisadi mənzərə formalaşdı. 2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlandı. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi. Bu irimiqyaslı beynəlxalq neft və qaz layihələri ilə yanaşı 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi. Dövlətin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan regionda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına sahib ölkəyə çevrildi. Azərbaycan BMT, İƏT, ATƏT, QH, TDT və bir çox beynəlxalq təşkilatların üzvüdür. İşğaldan azad olunmuş Füzuli və Zəngilanda beynəlxalq hava limanları tikilib istifadəyə verildi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 8 beynəlxalq hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanı istismara veriləndən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaqdır.

Azərbaycan-Türkiyə tarixin müxtəlif çətin dövrlərində dostluqları və qardaşlıqları sınanmış bir millət iki dövlətdir. Türkiyənin Çanaqqala müharibəsində azərbaycanlılar Türkiyənin köməyinə gedib döyüşüb şəhid və qazı oldular. İlk Respublikanın qurulduğu illərdə Qafqaz İslam Ordusu əsgər və silahları ilə köməyə gəlib Azərbaycanı işğalçılardan təmizləməyə kömək etdi. Nərimanov İstiqlal müharibəsi aparan Türkiyəyə neft və maddi yardım göndərib, qardaş köməyini əsirgəmədi. Azərbaycan ikinci dəfə müstəqilliyini qazananda onu ilk tanıyan Türkiyə oldu. 90-cı illərdə I Qarabağ müharibəsinə məruz qalan Azərbaycanın o dövrdəki hakimiyyəti, izlədiyi xarici siyasət ilə Türkiyə, Rusiya, Pakistan və digər dövlətlərdən lazımi, siyasi və maddi dəstəyi ala bilmədi və Azərbaycan müharibədə məğlub oldu. Heydər Əliyevin Əsrin müqaviləsi başlatdığı və uğurlu xarici siyasət  Prezident İlham Əliyev dövründə davam etdirildi. Xarici siyasəti və İqtisadiyyatı ilə güclənən Azərbaycan, Türkiyə ilə beynəlxalq iqtisadi əhəmiyyəti müqavilələr imzalayaraq, Türkiyənin və Rusiyanın ən yaxın müttəfiqi oldu. Rusiya ilə münasibət keçmişdəki qanlı qadalı, böhranlı, ittihamlı dövrdən azad olub, iki güclü dövlətin ən yaxın müttəfiqlik münasibətinə çevrildi. Azərbaycan Türkiyə iqtisadiyyatına ən böyük investisiya qoyulan dövlətə çevrildi. Tarixi keçmişdən fərqli olaraq Azərbaycan II Qarabağ müharibəsində Türkiyədən ancaq siyasi dəstək alaraq torpaqlarını işğaldan azad etdi. 15 iyun 2021-ci ildə imzalanan strateji müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki dövlətin birliyini əbədi sarsılmaz etdi. Tarixdə ilk dəfə “Bir millət, iki dövlət” şüarı reallığa çevrildi.

Ərəb dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsinə əhəmiyyət verən Prezidenti İlham Əliyev 8 iyun 2024-cü ildə Misir Ərəb Respublikasına rəsmi səfəri zamanı misirli həmkarı Əbdülfəttah Əs-Sisi ilə görüşüb danışıqlar aparıb. İki ölkənin dövlət başçıları müxtəlif sahələrdə iqtisadi, humanitar-mədəni əlaqələrin sürətlə inkişaf etdiyini, vurğulayıblar. Tərəflər inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə edib, həmçinin Azərbaycanla Misir arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin əhəmiyyətini qeyd ediblər. Azərbaycanın dövlət başçısı, həmçinin Əbdülfəttah Əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət edib.

Prezident İlham Əliyevin Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb. Prezident İlham Əliyevin bu görüş əsnasında bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladığı qeyd edilib. Azərbaycanın dövlət başçısı Bakının Əl-Əzhər ilə birlikdə dini liderlərin növbəti görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Dövlətin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanı inkişaf etdirib, onu regional və beynəlxalq miqyasda tanınan güclü və etibarlı dövlətə çevirdi.  Məhz uğurlu xarici siyasət  nəticəsində Vətən müharibəsində tarixi qələbə baş verdi. Vətən müharibəsində qələbə ordu-xalq-dövlət birilliyini artırmaqla yanaşı, Azərbaycanının beynəlxalq arenada da nüfuzunu daha da yüksəltdi. Azərbaycan pasportu dünyanın ən etibarlı pasportlarından birinə çevrilib. Vətəndaşlarımıza dünyada olan inam və hörməti daha da artırdı. Qələbə dünya azərbaycanlılarını birləşdirib, onlar arasında həqiqi mənada həmrəyliyi təmin edib, onlara böyük fəxarət yaşatdı. Artıq Azərbaycan bu gün hər bir dünya Azərbaycanlısının görmək istədiyi, arzuladığı Azərbaycandır.

 

Əfqan Vəliyev

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
qht.az

1Mənbələr