AZ

Müttəfiqləri Makronun onları fəlakətə aparacağından qorxurlar

Müttəfiqləri

Bakı, 12 iyun, AZƏRTAC

Emmanuel Makronun koalisiyasına daxil olan parlament üzvləri prezidentin yeni parlament seçkiləri keçirmək qərarı ilə onları fəlakətə sürükləyə biləcəyindən ehtiyatlanır.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

“Fransa prezidentinin müttəfiqləri Avropa Parlamentinə seçkilərdə məğlubiyyətindən sonra Milli Assambleyaya növbədənkənar seçkilər təyin etmək barədə gözlənilməz qərar verən Emmanuel Makronun onları fəlakətə sürükləyə biləcəyindən qorxurlar”, - deyə nəşr yazır.

“Bloomberg” agentliyi isə Makronun Milli Assambleyanı buraxmaq və yeni parlament seçkiləri keçirmək qərarının onun rəhbərlik etdiyi “İntibah” partiyasında xaosa və qəzəbə səbəb olduğunu iddia edir.

Qeyd edək ki, “Milli birlik” parlament fraksiyası Avropa parlamentinə seçkilərdə 31,36 faiz və ya 7,7 milyon səs toplayıb. Emmanuel Makron tərəfdarları isə 3,6 milyon vətəndaşın etimadını qazana bilib ki, bu da səslərin 14,6 faizini təşkil edir. Beləliklə, “Milli birlik” Fransa dövlət başçısının koalisiyasını iki dəfədən çox qabaqlamağa müvəffəq olub. Həmçinin seçkilərdə üçüncü yerdə Rafael Qlüksmannın rəhbərlik etdiyi sosialistlər qərarlaşıb. Onları 3,4 milyon insan və ya seçicilərin 13,83 faizi dəstəkləyib.

İyunun 9-da Emmanuel Makron Avropa seçkilərində partiyasının iflasından sonra Milli Assambleyanın buraxıldığını və növbədənkənar seçkilərin keçiriləcəyini elan edib. Fransa parlamentinə növbədənkənar seçkilərin birinci turu iyunun 30-na, ikinci turu iyulun 7-nə planlaşdırılıb.

Qeyd edək ki, Fransa parlamentinin aşağı palatası sonuncu dəfə Prezident Jak Şirak tərəfindən 1997-ci ildə buraxılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
azertag.az

10Mənbələr