AZ

Elektrikli avtomobillərin ənənəvi avtomobillərdən daha ucuz olduğu məlum olub

Müəllif:Ayşən İmanova/Banco.az

Amerika bazarında mövcud olan elektrik avtomobilləri benzin və dizellə işləyən avtomobillərdən tarixdə ilk dəfə olaraq daha ucuz olub.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Bloomberg Green” mütəxəssisləri ən azı 480 kilometr məsafə qət edən yeni elektromobillərin və daxili yanma mühərrikli (ICE) yeni avtomobillərin qiymətlərini təhlil ediblər. Ən ucuz elektrik avtomobili bazarda 37,5 min dollara satılan “Hyundai Ioniq” 6 olub. ABŞ bazarında avtomobillərin orta qiyməti 47 min dollar təşkil edib.

Bildirilib ki, elektromobillərin qiymətinin ucuzlaşması bazarda yüksək rəqabətlə bağlıdır. “Cox Automotive”in mütəxəssislərinin fikrincə, elektrik avtomobilləri ilkin olaraq premium seqmentə yönəldildiyi üçün ənənəvi olaraq baha olub. İndi vəziyyət dəyişir, belə ki, ekspertlər 25 min dollara başa gələn elektromobillərin bazarda görünəcəyini proqnozlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
banco.az

1Mənbələr