AZ

AÇ-2024: “Bu xəbəri bəyənə bilmirəm”

“Barselona”nın hücumçusu Lamin Yamal İspaniya millisinin məşqçilər heyətinin 17 yaşlı müdafiəçi Pau Kubarsini Avropa çempionatının iştirak ərizəsindən kənarlaşdırmaq qərarına münasibət bildirib.



Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı vinger bu xəbəri bəyənmədiyini söyləyib:



“Bu xəbəri bəyənə bilmirəm. Kubarsiyə dəstək olmağa çalışdım, çünki hamı Avropa çempionatında mübarizə aparmaq istəyir. Baş məşqçi yekun heyəti açıqlayanda Pau ilə danışdım. Çox əsəbi deyildi. Əksinə, Kubarsi xoşbəxtdir və karyerasında yeni çağırış haqda düşünür”.



İspaniya millisi 2024-cü il Avropa çempionatında B qrupunda yer alıb. Onların rəqibləri İtaliya, Xorvatiya və Albaniya komandaları olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərLamin Yamal Pau Kubarsi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
komanda.az

1Mənbələr