AZ

Mayda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb

2024-cü ilin mayında qida məhsulları, içkilər və tütün məmulatları 0,7%, yanvar-mayda isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8% ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yyaıb.


2024-cü ilin mayında qeyri-qida malları 0,2 faiz, yanvar-mayında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz bahalaşıb. 

2024-cü ilin mayında əhaliyə göstərilmiş ödənişli xidmətlər 0,5 faiz, yanvar-mayda isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz bahalaşıb.
 
Cari ilin yanvar-aprelində pərakəndə ticarət dövriyyəsi 16 969,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 
 
Hesabat ayı ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17,0 milyard manatlıq, o cümlədən 9,6 milyard manatlıq (1.9% artım) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatlıq (5.1% artım) qeyri-ərzaq malları satılıb.  
 
Aytac Zeynalova

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
anews.az

1Mənbələr