AZ

“Apple” səhmləri süni intellekt xüsusiyyətlərini nümayiş etdirdikdən sonra yeni rekorda yüksəlib

Müəllif:Ayşən İmanova/Banco.az

“Apple” səhmləri “Nasdaq” ticarətində 5,53% artaraq hər səhm üçün 203,8 dollar olmaqla yeni tarixi rekorda çatıb.

Banco.az xəbər verir ki, “iPhone” istehsalçısının səhmlərində artım şirkətin illik “WWDC 2024” konfransında öz məhsullarında yeni süni intellekt xüsusiyyətlərini təqdim etməsindən sonra müşahidə edilib.

Xüsusilə, “Apple Intelligence” adlı yeni süni intellekt platforması nümayiş etdirilib və “ChatGPT” tərtibatçısı “OpenAI” ilə əməkdaşlıq elan edilib.

Analitiklərin fikrincə, işləməsi üçün ən azı “iPhone 15 Pro” və ya “iPhone 15 Pro Max” tələb edən proqram istifadəçiləri smartfon modelini təkmilləşdirməyə sövq edə bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
banco.az

1Mənbələr