AZ

Sosial şəbəkələrdən imtina qadınlara nə qazandırır? – ARAŞDIRMA

Sosial şəbəkələrdən istifadəni müvəqqəti dayandırmaq gənc qadınların psixi vəziyyətinə müsbət təsir göstərə bilər.

Medianews.az xəbər verir ki, bu barədə araşdırma “Body Image” elmi jurnalında dərc olunub.

Məlum olduğu kimi, sosial media çoxlarının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib və ondan ən çox istifadə edən 18-29 yaş arası gənclərdir. Bu platformalar istifadəçilərə ünsiyyət qurmağa, şəkillər və videolara baxmağa imkan verir ki, bu da çox vaxt özlərini başqaları ilə müqayisə etməyə gətirib çıxarır.

Toronto York Universitetinin alimləri sosial şəbəkələrdə yeddi gün keçirməkdən imtina edərək rəqəmsal detoksun qadınların psixi sağlamlığına necə təsir edəcəyini öyrənmək qərarına gəlib.

 

Təcrübədə 17-24 yaşlı 66 məktəbli qız iştirak edib. Onlar iki qrupa bölünüblər: birinciyə bir həftəlik fasilə verib onlayn sosial platformalara girməməli, ikinciyə isə sosial şəbəkələrdə adi fəaliyyətlərini davam etdirməyə icazə verilib.

İştirakçılar araşdırmadan sonra özünə dəyər vermək və bədən imicini ölçən ilkin anketləri doldurublar.

Nəticələr göstərdi ki, sosial mediaya bir həftəlik fasilə verən qadınlar həmişəki kimi sosial mediadan istifadə etməyə davam edənlərə nisbətən əhəmiyyətli dərəcədə yüksək özünə sayğı və bədən məmnuniyyətini bildiriblər. Bu təkmilləşmə həm ümumi heysiyyətdə, həm də spesifik sahələrdə, xüsusən də görünüşdə özünü göstərib.

Tədqiqatçıların fikrincə, rəqəmsal detoks gənc qadınların psixi sağlamlığını yaxşılaşdırmaq üçün sadə və pulsuz bir yoldur.

Ayşən

 

Seçilən
134
medianews.az

1Mənbələr