![Azərbaycan](https://azertag.az/files/2024/2/1200x630/17181836793700633495_1200x630.jpg)
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi və mətbuat konfransının vaxtı bəlli olub.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 13-də “Hilton” hoteldə təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.
Portuqaliyalı mütəxəssislə müqavilənin detalları da məhz həmin tədbirdə açıqlanacaq.