AZ

Haldane Dodd: “Azərbaycan aviasiya enerjisinin transformasiyası üzrə dünya liderlərindən biri ola bilər"

Azərbaycanın hava nəqliyyatında bərpa olunan yanacaq mənbəyi kimi davamlı aviasiya yanacağını təmin etmək üçün böyük imkanları var.

“Report” xəbər verir ki, bunun Hava Nəqliyyatı Fəaliyyət Qrupunun (ATAG) icraçı direktoru Haldane Dodd jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi təkcə dünya ölkələrini bir araya gətirmir, eyni zamanda Azərbaycanın enerji keçidində liderlik rolunu göstərir: “Azərbaycanın aviasiya enerjisinin transformasiyası üzrə dünya liderlərindən biri olmaq imkanı var və COP29 bu müxtəlif tərəfləri bir araya gətirmək üçün əla fürsətdir”.

AGAT-ın icraçı direktoru qeyd edib ki, bu gün keçirilən tədbir [Ümumdünya Aeronaviqasiya Sammiti] aviasiya sənayesinin müxtəlif komponentlərini bir araya gətirmək üçün həqiqətən əhəmiyyətlidir: “Bu, dünyanın müxtəlif yerlərindəki həmkarlarımızıla iqlim dəyişikliyi kimi məsələlərin birlikdə həlli istiqamətində əməkdaşlığa imkan yaradacaq. Bizim 2050-ci ilə qədər aviasiya sektorundan xalis sıfır karbon emissiyasına nail olmaq planımız var. Bu səbəbdən birlikdə fəaliyyət göstərməyimiz çox mühümdür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
report.az

2Mənbələr