AZ

Azərbaycandan ən çox pul köçürülən beş ölkədən birincisi - Türkiyə

Bakı. TurkicWorld :

2024-cü ilin birinci rübünün yekunlarına görə, Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 131 milyon ABŞ dolları olub.

Bu barədə -TurkicWorld in sualına cavab olaraq, Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən media brifinqində deyib.

"Birinci rübün yekunlarına görə, Azərbaycandan pul köçürmələrinin həcminə görə ilk beşliyə 38,6 milyon ABŞ dolları ilə Türkiyə, 16,2 milyon dollarla Rusiya, 14,6 milyon dollarla Gürcüstan, 14 milyon dollarla ABŞ və 6,8 milyon dollarla Böyük Britaniya daxildir", - o deyib.

Seçilən
48
1
turkic.world

3Mənbələr