AZ

Sərxoş sürücü “VAZ”ı bordürə çırpıb yük maşınına girdi- VİDEO

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 11-də gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2110” markalı avtomobil, 15-BD-070 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşınına çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “VAZ” sürücüsünün sərxoş halda sürət həddini aşması olub. Nəticədə yoldan çıxan avtomobil bordürə dəyərək park edilmiş maşının üzərinə aşıb. Hadisə zamanı sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vəziyyətlərinin ağır olduğu bildirilir.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
avtosfer.az

1Mənbələr