AZ

"Hizbullah" İsrailə 90 raketi birdən fırlatdı, 30 km uzaqlıqdakı ərazilər vuruldu - Qısas əməliyyatı

İsrailin "Hizbullah" komandiri Talip Abdullanı və onun yoldaşlarını Livanın cənubundakı bir evdə öldürməsindən sonra gözlənilən qisas cavabı baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hizbullah indiyə qədər görünməyən formada İsrailin şimalına zərbələr endirib.

Liban mətbuatı yazır ki, qruplaşma 90 raketi eyni anda İsrailə yönəldib: "Bu günə qədər ən böyük hücumlardan birini həyata keçirən Hizbullahın raketlərinin çoxu "Dəmir Qübbə"ni aşaraq hədəflərə dəyib. Nəticədə bölgədə böyük yanğınlar başlayıb".

Bildirilib ki, Hizbullah səhər saatlarında Cuvaya qəsəbəsinə endirilən hava hücumuna cavab verib: "Livandan İsrailin şimalına 90 raket atmış Hizbullahın hücumlarından sonra siren səslərinin ardınca partlayışlar baş verib. İsrailin sərhəd xəttinə yerləşdirdiyi "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemləri raket yağışının qarşısını almağa çalışıb".

"The Times of Israel" xəbər verir ki, raket hücumu indiyə qədərki ən böyük zərbələrdən biridir: "Raket hücumunda 30 kilometr uzaqlıqdakı Tiberiya şəhəri ilk dəfə hədəfə alınıb. Şəhər Tiberiya gölünün sahilində, Qolan təpələrinin ətəyində yerləşir. İsrail ordusu Hizbullah raketlərinin çoxunun havada məhv etsə də, bəziləri hədəfə dəyib. Raketlərin düşdüyü yerdə çoxlu yanğınlar baş verib...".

Zülfiyyə

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
mia.az

1Mənbələr