AZ

Qızıl qiymətinə məhsul: Yayda meyvə-tərəvəzə niyə tamarzı qalırıq? -RƏY

Paytaxt bazarlarında mövsümi meyvə-tərəvəzin qiyməti hələ ki heç də əlçatan deyil. Hazırda ərik, gilas, gilənar, çiyələk, albalı, alça, badımcan kimi meyvə və tərəvəzlərin mövsümü olsa da,  qiymətlər bahadır. Ona görə bu il bazarlarda meyvə-tərəvəzin qiymətinin necə olacağı əhalidə sual doğurur. Çünki yay mövsümündə insanların gündəlik qida rasionu, tələbatı meyvə-tərəvəz olur.

İqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a bildirib ki, Kənd təsərrüfatı məhsullarının qiymətinə bir çox məsələlər təsir göstərir:

“Kənd təsərrüfatı məhsullarının qiymətinə əsasən 2 məsələ təsir göstərir. Birincisi hava şəraitinin təsiridir. Hava şəraitinə görə məhsul azlığı olarsa, qiymətlər də yüksəlir. İkinci isə, xaricə ixracda artımdır. Bu zaman da  qiymətlər qalxır. Son zamanlar Azərbaycan hökumətidə xaricə ixracı daha çox təşviq edir. Ümumiyyətlə aqrar sənaye kənd təsərrüfatı məhsullarımız əsasəndə Rusiyaya ixrac olunur. Xaricə ixrac artan kimi istər meyvə, istərsə də tərəvəzin daxili bazardakı qiymətləri artır. Son məlumatlar may ayına aiddir. May ayından sonra məlumatlar yenilənməyib. Məlumatlar yeniləndikdən sonra əgər görsək ki, xaricə ixracda artım var, o zaman biləcəyik ki, bahalaşmada əsas səbəb xaricə ixracın artımıdır. Bizdə böyük həcmdə məhsul istehsalı yoxdur ki, həm daxili, həm də xarici bazarı tam təmin etmək mümkün olsun”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
sherg.az

1Mənbələr