AZ

COP29CANSO-nun baş direktoru: “Bakı Aeronaviqasiya Sammitinə ev sahibliyi etmək üçün ideal məkandır”

Bakı Ümumdünya Aeronaviqasiya Sammitinin keçirilməsi üçün ideal məkandır.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında CANSO-nun (Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı) baş direktoru Saymon Hokkard deyib.

Onun sözlərinə görə, bu tədbirin keçiriləcəyi məkan kimi Bakının seçilməsi ona görə məqsədəuyğundur ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabr ayında məhz bu şəhərdə təşkil olunacaq:

“Bu mənada Bakı ideal məkandır, çünki burada müxtəlif enerji mənbələrindən istifadə imkanları nəzərdən keçirilir və bu məsələ COP29-un gündəliyində də öz əksini tapıb. İqlim dəyişikliyi mövzusu aviasiya sənayesi üçün də aktualdır və onun üçün böyük problemlər yaradır. Ümumi məqsədlərdən biri 2050-ci ilə qədər xalis sıfır karbon emissiyasına nail olmaqdır. Buna nail olmaq üçün çox iş görməliyik”.

S. Hokkard qeyd edib ki, bu gün aviasiya sektoru qlobal emissiyalarda təxminən 2 % paya malikdir və tədbirlər görülməsə yaxın 20 il ərzində bu nisbət 22 % olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
far.az

1Mənbələr