AZ

"Sumqayıt" daha bir legioneri yola salıb

Daha bir legioner "Sumqayıt"ı tərk edib. Sport24.az xəbər verir ki, Abu Dosso ilə "kimyaçılar" arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Samir Abasov Dossonun komandada da qalmasını istəməyib.
 
 


Qeyd edək ki, cinah müdafiəçisi ötən yay düşərgəyə qoşulmuşdu. "kimyaçılar"ın heyətində ümumilikdə 32 oyuna çıxan Fil Dişi Sahilindən olan futbolçu 5 məhsuldar ötürmə ilə yadda qalıb.
 
 
Qeyd edək ki, "Sumqayıt" Dossodan öncə Oktavia Monteka və Erik Sorqa ilə də vidalaşıb. Əvəzində "Zirə"dən ayrılan Rəhim Sadıxovla müqavilə bağlayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
sport24.az

1Mənbələr