AZ

AVRO – 2024-də kimin şansı daha çoxdur? – ŞƏRH

Xəbər verdiyimiz kimi iyunun 14-də futbol üzrə Avropa Çempionatı başlayacaq.

Almaniyada keçirələcək turnirdə əsas favoritlərin hansı komandaların olacağı ciddi maraq doğurur.

Bakıvaxtı.az-ın əməkdaşı mövzu ilə bağlı idman jurnalisti Tural Xudiyevlə söhbətləşib.  

Müsahibimizin sözlərinə görə, AVRO – 2024-ün əsas favoritləri Fransa və Almaniya milli komandolarıdır:

"Avropa çempionatında maraqlı mübarizə gözləyirəm. Konkret olaraq bir komandanı soruşursuzsa, Fransa komandasını deyə bilərəm. Fransa heyət olaraq çox güclüdür, amma meydan amili və ev sahibliyini nəzərə alaraq Almanya yığmasıda turnirin favoritlərindəndir”.

Türkiyə millisinə azərkeşlik edən T. Xudiyev komandanın son oyunlarının ürəkaçıcı olmadığını deyir:

“Özüm isə təbii ki, Türkiyə kollektivinə azerkeşlik edəcəm. Ən azı qrupdan çıxmalarını arzulayıram. Amma Turkiyənin son oyunları elədə ürəkaçan deyil. Dualarımız Türkiyə yığmasının yanında olacaq".

Qeyd edək ki, bu Avropa çempionatları tarixində 17-ci turnir olacaq.

Kamil Musayev

BDU tələbəsi

Bakıvaxtı.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
bakivaxti.az

1Mənbələr