AZ

Rusiyanın idxalında kəskin azalma: 9 faiz azalıb

Sanksiyalar və beynəlxalq ödənişlərə maneələr səbəbindən Rusiyanın idxalında azalma davam edir.

Ednews Türkrus.com-a istinadən xəbər verir ki, Federal Gömrük Xidmətinin məlumatlarına görə, 2024-cü ilin yanvar-aprel dövründə Rusiyanın idxal həcmi 9 faiz azalaraq 84,6 milyard dollar olub.

Federasiyanın Avropa və Amerika ölkələrindən idxalı illik bazda 19 faiz azalaraq müvafiq olaraq 22,2 milyard və 4,5 milyard dollara düşüb. Asiya ölkələrindən idxal isə 4 faiz azalaraq 56,5 milyard dollar olub. Kimya məhsulları isə  idxalı ən çox azalan məhsullar sırasındadır (20 faiz azalaraq 16 milyard dollar). Eyni zamanda, ərzaq məhsullarının idxalı da 9 faiz azalaraq 11,5 milyard dollar, maşın və avadanlıqların idxalı isə 4 faiz azalaraq 42,8 milyard dollar olub.

 

Xalidə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
1
ednews.net

2Mənbələr