Bakı. Trend:
İşlədiyi yerdən 30 min manatlıq mis kabel oğurlayan bağbansaxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, iyunun 4-də Səbail rayonunda yerləşən idmanarenalarından birindən 30.000 manat dəyərində 1200 metr mis kabelinoğurlanması barədə polisə məlumat daxil olub.
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsininəməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlinitörətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Kamran Abduhəlimlimüəyyən olunaraq saxlanılıb.
Qeyd edək ki, həmin şəxs oğurluq etdiyi məkanda bağbanişləyib.
Faktla bağlı araşdırma aparılır.