AZ

“Bizim kimi gənclər göz önündə olmalıdır” - Mübahisə

Əməkdar artist Ruhəngiz Allahverdiyeva ilə Elit Star Cəmilə arasında qalmaqal yaşanıb.

OLAY yazır ki, buna səbəb “Elgizlə izlə” verilişində qonaq olan R. Allahverdiyeva haqqında telefon bağlantısı zamanı Elit Starın səsləndirdiyi fikirlər olub.

O, Ölkədə üç gözəl lirika oxuyan varsa, biri Röya Ayxandı, biri Aygün Kazımovadı bir də mənəm. TikTok-da mahnılarım trenddədir. Məni Amerikaya dəvət ediblər. Sizin şəraitiniz var. Studiyada mətbəx qurun. O qız (Ruhəngiz Allahveridyevanı nəzərdə tutur – red) bakılıdır, gözəl əl qabiliyyəti var. Hər həftə bir yemək bişirsin. Amma oxumasın. Oxusun... “Məndən bir də olmayacaq” mahnısını uşaq vaxtı eşidirdim, gözəl mahnıdır. Bizim kimi gənclər hər zaman göz önündə olmalıyıq”, - deyə, bildirib.

R. Allahverdiyeva Elit Stara bu sözlərlə cavab verib:

“Mənim oxuduğum mahnının yanından da keçə bilməzsiniz. Deyir, quymaq çalsın, bacarırlarsa, onlar da bişirsinlər. Mənim heç kimlə işim yoxdur. Mənə toxunmasınlar. Kimlərin məclislərində oxumuşam. Deməli, onların musiqidən anlayışı olmayıb? Gülməli çıxır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
2
olay.az

3Mənbələr