AZ

AP-nin yeni dövründə Türkiyə-Aİ münasibətlərini nə gözləyir?

Avropa Parlamentində Türkiyəni Aİ-də görmək istəməyən populist və ifrat sağçı qrupların güclənməsi Türkiyə-Aİ münasibətlərində daha kövrək dövrə səbəb ola bilər.

Turkustan.az xəbər verir ki, Avropa Parlamentinin (AP) yeni üzvlərinin müəyyənləşdirilməsi üçün keçirilən seçkilərin nəticələri Avropa İttifaqı-Türkiyə münasibətləri baxımından daha mənfi vəziyyətə işarə edir. Bunun əsas səbəbi AP-yə daha güclü şəkildə daxil olan populist və ifrat sağçıların həmfikir olduqları ortaq məqamlardan biri də Türkiyəni AB-də görmək istəməmələridir. Yeni dövrdə Türkiyəyə qarşı ritorikanın daha da sərtləşəcəyi şübhəsizdir. Lakin AP-nin Türkiyə kontekstində qısa müddətdə təsirli ola biləcəyi mövzular məhduddur.

* Son zamanlar Türkiyənin Aİ-dən əsas gözləntiləri arasında gömrük ittifaqının yenilənməsi və vizadan azad edilməsi daxildir. Bu iki məsələdə AP-dən çox Aİ Komissiyası və Aİ Şurası ön planda olacaq. Qısa müddətdə AP-nin təsdiqini tələb edən bir mərhələyə çatması gözlənilmir.

* Türkiyə Aİ Komissiyası və Aİ Şurası ilə əlaqələri davam etdirəcək. Münasibətlərin “mənfidən sıfıra yüksəlməyə çalışıldığı” dövr olduğundan AP-nin təsiri məhdud olaraq qalacaq.

* Son illərdə AP-də tez-tez dilə gətirilən Türkiyə ilə üzvlük prosesi əvəzinə “daha ​​realist alternativlər” tapılması çağırışlarının bu dövrdə də ön plana çıxacağı şübhəsizdir. Çox güman ki, bunlara “danışıqlara son” çağırışı əlavə olunacaq. Bu yanaşma təkcə ifrat sağçılardan deyil, həm də AP-də ən böyük siyasi qrup olan sağ mərkəzçi Avropa Xalq Partiyasının (EPP) bəzi fiqurlarından da dəstək alır.

* Miqrasiya ilə bağlı yanaşmasını sərtləşdirməsi gözlənilən AP, Türkiyə ilə maraqlara və “ver-al” yanaşmasına əsaslanan münasibətlər formatını ön plana çıxaracaq. Türkiyəyə maliyyə yardımının daha da azaldılması tələbləri gündəmə gələ bilər.

* Yeni dövrdə genişlənmə ilə bağlı AP-də külək güclü olacaq, lakin indiki konyukturada bunun Türkiyənin yelkənlərini əsmə ehtimalı yüksək deyil.

* Ola bilər ki, AP tərəfindən hər il hazırlanan Türkiyə hesabatı əvvəlki illərdən daha sərtdir. Gələcək Türkiyə məruzəçisi üçün mətnin relsdən çıxmasının qarşısını almaq əvvəlkindən daha çətin olacaq.

* AP Ankaranın razılaşmaq və əməkdaşlıq etməkdə ən çox çətinlik çəkdiyi Aİ qurumu olaraq qalacaq . Münasibətlərdə kövrəklik səviyyəsi daha yüksək olacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
turkustan.az

1Mənbələr