AZ

ABŞ Ukraynaya yenə “Patriot” sistemi göndərir

ABŞ prezidenti Co Bayden Ukraynaya daha bir "Patriot" sisteminin göndərilməsini təsdiqləyib.

Yenisabah.az New York Times-a istinadla xəbər verir ki, qərar ötən həftə yüksək səviyyəli bir sıra görüşlərdən və Ukraynanın gücləndirilmiş hava hücumundan müdafiəyə olan təcili ehtiyaclarının ABŞ-ın döyüş hazırlığını təhlükəyə atmadan necə qarşılanmasına dair müzakirələrdən sonra qəbul edilib.

İkinci sistem Polşadan Ukraynaya çatdırılacaq. Rəsmilərin dediyinə görə, o, yaxın bir neçə gün ərzində Ukraynada hansı texniki xidmət və ya modifikasiya tələb etməsindən asılı olaraq yerləşdirilə bilər.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
yenisabah.az

1Mənbələr