"Bavariya" 2025-ci ildə Tomas Müller və Manuel Noyerlə yolları ayırmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Həm qapıçı, həm də yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq. Rəhbərliyin anlaşmanı yeniləmək fikri yoxdu.
"Bavariya" rəhbərliyi mövsümə 20 milyon avro qazanan futbolçuları göndərməklə maliyyə yükünü yüngülləşdirmək niyyətindədir.
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Müller 2000-ci ildən bu komandanın formasını geyinir. Noyer isə 2011-ci ildən Münhen təmsilçisinin qapısını qoruyur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta