AZ

Azərbaycanda illik inflyasiya açıqlanıb

2024-cü ilin may ayında istehlak qiymətləri indeksi 2023-cü ilin may ayına nisbətən 100,3 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,6 faiz, qeyri-qida məhsulları üzrə 101,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,6 faiz təşkil edib.

2024-cü ilin may ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,2 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
133
7
banco.az

4Mənbələr