"Prezident İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində müxtəlif istiqamətli 7 mühüm sənədin imzalanması gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanın daha da möhkəmlənməsindən xəbər verir. Mətbuata bəyanatında dövlət başçımız İlham Əliyev Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini bir daha gündəmə gətirərək, bildirib ki, biz Cənubi Qafqazdakı prosesləri də müzakirə etdik. Mən bildirdim ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31