AZ

Krımda “Eurovision” qalibinin Ukraynadan olan aktivləri milliləşdirilib

Krım parlamentinin rəhbəri Vladimir Konstantinov 2016-cı ildə Ukraynadan olan “Eurovision” qalibi, müğənni Camala kimi tanınan Susana Camaladinovanın əmlakının milliləşdirildiyini açıqlayıb.

32gun.az bildirir ki, onun sözlərini RİA Novosti yayıb .

“Ukraynalı müğənni Camalanın daşınar və daşınmaz əmlakı, o cümlədən Aluştada  qohumlarının adına rəsmiləşdirilən iki torpaq sahəsi və yaşayış binası milliləşdirilməyə məruz qalıb.

Konstantinov əlavə edib ki, müğənni Rusiya ordusu haqqında yalan xəbər yaydığı üçün axtarışa verilib. Camala qarşı da cinayət işi başlanıb.

Bundan əvvəl Krımda ukraynalı oliqarxların aktivləri 2,1 milyard rubla satılıb .
Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
32gun.az

1Mənbələr