AZ

Gəncədə naməlum şəhid kimi dəfn edilmiş, 31 il sonra kimliyi müəyyən olunan Hafiz Məmmədovun məzarı abadlaşdırılıb - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, Gəncə Şəhidlər xiyabanında 31 il əvvəl naməlum şəhid kimi dəfn edilmiş, kimliyi bir qədər əvvəl müəyyənləşdirilən Məmmədov Hafiz Qədim oğlunun məzarı abadlaşdırılıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün Gəncə Şəhidlər xiyabanında bununla bağlı tədbir keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, Gəncə və Kəlbəcər ictimayətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Məmmədov Hafiz Qədim oğlu 1971-ci ildə Kəlbəcər rayonunda anadan olub.

İnşaat Mühəndisləri Universitetinin 5-ci kursunda təhsilini yarımçıq saxlayaraq 1992-ci ilin noyabr ayında hərbi təhsil almaq üçün Türkiyə Cümhuriyyətinə gedib. Leytenant Hafiz Məmmədov daha sonra cəbhəyə yollanıb.

1993-cü il aprelin 4-dən 5-nə keçən gecə Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Onun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Gəncədə
Seçilən
124
1
apa.az

2Mənbələr