AZ

Baykar şirkəti: “Baykar adından saxta reklam və xəbərlərə aldanmayın” – FOTO  

“Bir müddətdir ki, internet saytlarında və sosial media platformalarında “Baykar”a sərmayə qoyaraq gəlir əldə edə biləcəyinizi iddia edən saxta reklamlar, xəbərə bənzər məzmunlar və videolar yayıldığını görürük. Belə qeyri-real reklamlarda süni intellektin dəstəyi ilə mənə məxsus görünən xəbər və videolardan, çıxışlardan, görüntülərdən istifadə olunur. Bu ifadələr, videolar və müsahibələr kimi məzmunlar tamamilə yalandır və saxtakarlıq məqsədilə qanunsuz olaraq yayılır”. 

Bu barədə Bizim.Media-ya Baykar şirkətinin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Bildirilib ki, Səlcuk Bayraktar adından bu formada yayılan xəbərlərə aldanmamaq lazımdır və şirkət bu kimi investisya proqramları həyata keçirmir. 

“Bir daha xatırlatmaq istəyirəm ki; Açıq şirkət olmayan Baykar heç vaxt investisiya təklifləri və ya tövsiyələr vermir. Bu cür saxtakarlıq cəhdlərinə qarşı hüquqi proseslərimiz davam edir. Bütün vətəndaşlarımızdan xahiş edirəm ki, bu cür məzmunlara qarşı diqqətli olsunlar və onlara etibar etməsinlər”, - deyə qurumdan bildirilib. 




Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
bizim.media

1Mənbələr