AZ

Büdcənin sosial yönümlülüyü heç kimdə şübhə doğurmur - NAZİR MÜAVİNİ

Azərbaycanın dövət büdcəsinin sosial yönümlülüyü heç kimdə şübhə doğurmur. SİA xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Hökumət, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial məsələlərə kompleks yanaşır, onları illik büdcə hazırlanarkən nəzərə alır. Yenidən baxılan büdcə baş verən proseslərin daha da sürətləndirilməsinə yönəlir. İstənilən halda, deputatların təqaüdlərlə bağlı qaldırdığı məsələ aktualdır. Hökumət bu məsələyə baxacaq. Sosial dəstək prosesi çoxşaxəlidr. İnsanlara təkcə təqaüdlər deyil, evlər və maşınlar da verilir", - deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
sia.az

2Mənbələr