AZ

Makronun partiyasında xaos: Attal qərara qarşı çıxdı

Fransa Prezidenti Emmanuel Makronun Milli Assambleyanın (parlamentin aşağı palatası) buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi qərarı rəhbəri olduğu İntibah Partiyasında etirazla qarşılanıb və prezidentə yaxın olan bəzi şəxslər hələ də onun avantürasının məntiqini anlamağa çalışırlar.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Baş nazir Qabriel Attal və Milli Assambleyanın sədri Yael Braun-Pive prezidentin qərarına qarşı çıxıblar və hətta onu fikrindən daşındırmağa çalışıblar.

Başqa bir mənbə qeyd edib ki, Makronun qərarı Fransanın iqlim dəyişikliyi ilə mübarizə səyləri kimi bəzi beynəlxalq prioritetlərini təhlükə altına qoyur.

“Makron qərarını açıqlayanda sıralarımızda şok və qəzəb var idi. Hiss olunurdu ki, o, bizi uduzulmuş döyüşə göndərir”, - İntibah Partiyasından olan deputat Kristof Marion bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
axar.az

2Mənbələr