Sovet cəmiyyəti XX əsrin sonlarına doğru iqtisadi mədəni və mənəvi böhran keçiridi. İstehsal tempinin durmadan aşağı düşməsi məhsuldarlığın azalmasına istehlak tələbatının ödənilməməsinə gətirib çıxartdı. İqtisadi həyatın idarə edilməsində çətinlik çəkən Sovet höküməti korrupsiya və durğunluq məngənəsində sıxılırdı. Milyonlarla insanın qanı bahasına yaradılmış inzibati – amirlik sistemi illər ötdükcə öz səmərəsini itirirdi. Milli sərvətlərin talanması mərkəz qarşısında yalan məlumatların verilməsi rəqəmləri şişirdilmiş hesabatlar və “ qardaş “ respublikalara münasibətdə milli ayrı – seçkilik sadə sovet vətəndaşlarının şüurunda kommunist ideologiyasına və onu təmsil edən Komunist Partiyasına inamı azaldır sovet cəmiyyətinin mədəni və mənəvi həyatına zərbə vururdu.
1985 – ci ildə Mixail Qarbaçovun SSRİ rəhbərliyinə gəlməsindən sonra “ yenidənqurma“, “aşkarlıq “ adlanan siyası islahatlar keçirməyə başladı. Bu da dövlətin iflasını daha da surətləndiridi. 1987–ci ildə ermənilər Ermənistandan və Qarabağdan 75 min imza toplayaraq Kremlə göndərmişdilər. 1988 – ci ilin fevral ayında isə separatçılar açıq fəaliyyətə başladılar. DQMV də gizli fəaliyyət göstərən separatçı” Krunk” təşkilatı Qarabağın Ermənistana verilməsi ilə bağlı ilk mitinq keçirmışdir. Ermənistanda yaşayan soydaşlarımızın deportasiyası , Qarabağdakı qarşıdurmalar, Sumqayıt fitnəkarlığının törədilməsi vəziyyəti daha da gərginləşdirdi. Qarabağda müharibənin alovlanması ardıcıl məğlubiyyətlər torpaqlarımızın itirilməsi iyun qiyamının baş verməsi rəhbərliyin kadr siyasətindəki səhvləri və idarəçilikdə yol verdiyi ciddi qüsurların nəticəsi idi.
Azərbaycan məhv olmaq təhlükəsi ilə üz – üzə qalmışdı. İctimai – siyasi proseslər idarəolunmaz forma almışdı. Hakimiyyətdə olan insanlar isə sanki xalqın maraqlarını unutmuşdular. Dövləti idarə edən şəxslərin nəyə xidmət etdiklərini anlamaq mümkün deyildi. Xalq ağır vəziyyətə düşmüş və ən başlıcası isə mənəvi cəhətdən sarsılmışdır.
Azərbaycanın ümumi vəziyyətinin nə qədər çətin və təhlükəli olduğunu ziyalılar yaxşı dərk edirdilər. Azərbaycanı belə ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi böyük dövlət xadimi , bütün dünyada tanınmış bir şəxsiyyət xilas edə bilərdi. Respublikanın bütün əhalisi Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdi.
16 oktyabr 1992 – ci ildə “ Səs “ qəzeti vasitəsi ilə 91 nəfər ziyalı Heydər Əliyevə müraciət etdi. Ulu Öndər “ 91– lər” in müraciətinə bir neçə gündən sonra müsbət cavab verdi və partiyanın yaradılması istiqamətində hazırlıq işlərinə başladı. 1992 – ci ildə 21 noyabrda Naxçıvanda Yeni Azərbaycan Partiyasınının təsis konfransı keçirildi. Heydər Əliyev partiyanın Sədri seçildi. O , çoxları tərəfindən təkcə YAP – ın deyil bütün Azərbaycan xalqının lideri kimi qəbul edilirdi.
1993 – cü il iyunun 15 – də Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Həmin gün ölkənin tarixinə Qurtuluş Günü kimi daxil oldu. Beləliklə dahi siyasətçı Azərbaycan rəhbərliyinə qayıtdı, onun müstəqilliyini möhkəmləndirdi , onu əbədi və dönməz etdi. Demokratik , hüquqi , dünyəvi bir dövlət quraraq onu gücləndirdi. Müdrik siyasəti nəticəsində ölkə çətinliklərdən üzüağ çıxaraq sosial – iqtisadi sahədə böyük uğurlara imza atdı.
Zemfira Şərifova,
Xətai rayonu, 63 saylı tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü