AZ

Qayıq batdı: Ölənlər var

Konqo Demokratik Respublikasının Mai-Ndombe əyalətində qayığın batması nəticəsində 86 nəfər itkin düşüb.

"Cebhe.info" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Mai-Ndombedəki Kva çayı üzərindəki Muşie şəhərindən Lebida qəsəbəsinə doğru hərəkət edən qayıq mühərriki nasaz olduğu üçün sahilə çırpılaraq batıb.

Təxminən 100 nəfərin xilas edildiyi qayıq qəzasında itkin düşənlərin axtarış-xilasetmə işləri davam edir.

Xüsusilə güclü mövsümi yağışlar zamanı baş verən bu cür dəniz qəzalarına “gəmilərə texniki qulluq göstərilməməsi və onların imkanlarından artıq yük daşıması” səbəb olduğu bildirilir.

Ölkədə kifayət qədər asfalt yolu olmadığından nəqliyyat üçün əsasən çay və göllərdən istifadə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
cebheinfo.az

1Mənbələr