AZ

İnformasiya ehtiyatlarının təhlükəsizlik meyarları üzrə auditinə dair ümumi qaydalar müəyyən olunur

İnformasiya

Dövlət informasiya ehtiyatları və sistemlərinin təhlükəsizlik meyarları üzrə monitorinqi və auditinə dair ümumi qaydalar müəyyən olunur.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə ilə elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə tələblərə uyğunluq təmin ediləcək.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) elektron xidmətlərin təşkili və göstərilməsinə, texnoloji avadanlığa və proqram təminatına, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyətinə, o cümlədən formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsinə, texnoloji avadanlığa və proqram təminatınadair tələblərin tətbiqi ilə bağlı məsələlər üzrə dövlət orqanlarına (qurumlarına) yazılı və şifahi şəkildə izahlar verir, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki kömək göstərir.

Yuxarıda qeyd olunan tələblərə riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət orqanlarına (qurumlarına) göndərdiyi sorğular 5 (beş) iş günündən gec olmayaraq cavablandırılmalıdır.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirir. Dövlət orqanları (qurumları) qiymətləndirilmənin aparılmasına zəruri şərait yaratmalı, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə dövlət informasiya sisteminə və ehtiyatına çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etməlidir.

Dövlət orqanları (qurumları) qeyd olunan tələblərin pozulması hallarının aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərişlərini yerinə yetirməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
4
xalqcebhesi.az

5Mənbələr