AZ

Ölkədə fərdi məlumatların alınması və geri çağırılması mərkəzləşdirilmiş qaydada təmin ediləcək

Ölkədə

Bakı, 12 iyun, AZƏRTAC

Fərdi məlumatların alınması və geri çağırılması mərkəzləşdirilmiş qaydada Elektron Hökumət İnformasiya Sistemi üzərindən təmin ediləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.

“Fərdi məlumatlar haqqında” Qanuna dəyişikliklə, fərdi məlumatların verilməsinə razılıq subyekt tərəfindən yazılı surətdə (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) geri çağırıla bilər. Subyekt tərəfindən fərdi məlumatların verilməsinə dair razılığın geri çağırılması mülkiyyətçiyə, operatora və üçüncü şəxslərə məlum olduğu andan onlar həmin məlumatların verilməsini dərhal dayandırmalıdırlar.

Bu Qanunun 3.2-ci maddəsində qeyd edilən hallar (milli təhlükəsizliyin təmin edilməsi, kəşfiyyat və əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi), habelə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi istisna olmaqla, fərdi məlumatların toplanılmasına və işlənilməsinə subyektlərin razılığının alınması və geri çağırılması mərkəzləşdirilmiş qaydada Elektron Hökumət İnformasiya Sistemi üzərindən təmin edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
azertag.az

1Mənbələr