AZ

Paşinyan parlamentdə çıxış edəcək - Keşiş Baqrat isə erməniləri parlamentin qarşısına çağırır

Bu gün Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın iştirak edəcəyi “hökumət saatı” keçiriləcək. İclasda Paşinyanın çıxışı gözlənilir.

“AzPolitika” xəbər verir ki, erməni KİV-ləri iclas başlamazdan əvvəl parlamentin zalında ciddi təhlükəsizlik tədbirləri görüldüyünü və masalardan su şüşələrinin yığıldığını yazır.

Bununla yanaşı, keşiş Baqrat Qalstanyanın paytaxtın mərkəzində başlatdığı aksiya üçüncü gündür ki, davam edir. İştirakçıların sayı az olsa da, onlar mərkəzi prospektlərdən birini bağlayaraq, çadırlar qurublar. Bu gün səhər polisin həmin ərazidəki avtomobilləri yığışdırmağa başladığı bildirilir. Qalstanyan isə bu gün saat 15:00-a parlament qarşısında yeni aksiya təyin edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
3
azpolitika.info

4Mənbələr