AZ

Paşinyan Putini təbrik etdi: Əminliklə bildirdi ki...

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Rusiya Günü münasibətilə Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Rusiya Federasiyasının milli bayramı - Rusiya Günü münasibətilə səmimi təbriklərimi qəbul edin, Rusiyanın müasir tarixində bu mühüm gün rusların zəngin dövlətçilik tarixində yeni siyasi mərhələ açmaq istəyini simvolizə edir”, - deyə Putinə göndərilən təbrikdə deyilir.

Paşinyan bildirib ki, Ermənistanla Rusiya arasında sarsılmaz bərabərlik prinsiplərinə əsaslanan və iki ölkə xalqlarının maraqlarını nəzərə alan çoxəsrlik münasibətlər bundan sonra da konstruktiv istiqamətdə inkişaf edəcək.

O hesab edir ki, bu, qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə kömək edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
publika.az

2Mənbələr