AZ

Xərçəngin aşkarlanması üçün hazırlanmış süni intellektə əsaslanan kompüter proqramı hazırlandı

Şotlandiyalı tədqiqatçılar xərçəngi yüksək dəqiqliklə aşkar etmək üçün süni intellektdən istifadə edən kompüter proqramı hazırlayıblar.

Turkustan.az xəbər verir ki, Qlazqo Universitetindən süni intellekt mütəxəssislər və xərçəng mövzusu üzərində çalışan bir qrup elm adamı xərçəng xəstəliklərinin diaqnozunu asanlaşdırmaq üçün süni intellekt texnologiyasından istifadə edib.

Tədqiqatçılar patoloqların hazırladıqları "Histomorfoloji Fenotip Öyrənmə" (HPL) adlı proqramla xərçəng diaqnozunu daha asan və daha sürətli edə biləcəklərini açıqladılar.

İş çərçivəsində, ABŞ Xərçəng İnstitutunun Xərçəng Genom Atlası verilənlər bazasında olan 452 xəstədən alınan ağciyər toxuması nümunələrinin minlərlə yüksək keyfiyyətli təsviri toplanıb.

Tədqiqatçılar şəkilləri təhlil etmək və şəkillərdəki nümunələri aşkar etmək üçün öz-özünə təlim alqoritmi hazırlayıblar.

O, görüntüləri minlərlə kiçik kvadrata bölən alqoritmin toxuma nümunələrində hüceyrələrin vizual xüsusiyyətlərini tanımaq və təsnif etmək prosesində özünü məşq edərək 99 faiz dəqiqliklə fərqləndirə biləcəyini müəyyən edib.

Həkimlər xərçəngin təkrarlanma ehtimalını və zamanını yüzdə 64 nisbətində dəqiq proqnozlaşdırarkən, HPL-də bu nisbətin yüzdə 72 olduğu müşahidə edildi.

Digər tərəfdən, tədqiqatçılar bu süni intellekt sistemi ilə döş və prostat vəzi kimi 10 xərçəng növündə ardıcıl nəticələr əldə ediblər.

Araşdırma "Nature Communications" jurnalında paylaşılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
5
turkustan.az

7Mənbələr