AZ

Putin ABŞ seçkiləri öncəsi Kiyevi çökdürmək şansını əldən verdi - “The Telegraph“

Putin ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi cəbhədə həlledici hərbi qələbə qazanmaq fürsətini əldən verib. 

News365.az xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb. 

Məqalə müəllifi Frensis Dirnli prezident Co Baydenin Normandiyaya desant çıxarılması tarixi hadisəsinin ildönümü ilə bağlı çıxışını xatırladıb. O, Ukraynadakı müharibəni həmvətənlərinin 80 il əvvəl göstərdiyi fədakarlıq, eləcə də Rusiya ərazisində Amerika silahlarından istifadə etmək icazəsi ilə əlaqələndirib. 

Bundan başqa, Ukraynanın bu yaxınlarda Belqoroddakı mühüm komanda mərkəzini, Taqanroq limanındakı rus gəmilərini və Kremlin ən müasir, bahalı təyyarələrindən biri olan Su-57 qırıcısını vurması da xatırlanıb.

Dirnli qeyd edir ki, bu hücumlar ayrıca olaraq strateji vəziyyəti dəyişdirmir. Lakin Rusiya neft anbarlarına hücumları da nəzərə alsaq, hazırki proseslər Ukraynanın maddi-texniki baxımdan artıq məğlub ola bilməyəcəyi bir nöqtəyə çatdığını nümayiş etdirir. Bundan əlavə, ABŞ-da bu yaxınlarda təsdiqlənmiş yardımlar artıq cəbhəyə çatdırılır və Çexiyanın məlum “mərmi təşəbbüsü" də sürətlə irəliləyir.

"Moskvanın Kiyevi sayca üstələyən kritik fürsət pəncərəsi, demək olar ki, bağlanır və noyabr ayı yaxınlaşdıqca, bu, Vladimir Putinə siyasi baxımdan baha başa gələcək. Onun məqsədi Amerika seçkilərə getməmişdən əvvəl Ukraynada əhəmiyyətli bir işğalı həyata keçirmək idi. Bununla da Baydeni çıxılmaz vəziyyətə salmaq və Ağ Evdə qalib gələn istənilən şəxsi Kiyevi sülh danışıqlarına məcbur etmək məcburiyyətində qoyula bilərdi", - o əlavə edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural 

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
news365.az

1Mənbələr