AZ

Rəcəb Tayyib Ərdoğan bu gün İspaniyaya rəsmi səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İspaniyaya rəsmi səfər edəcək.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan bu gün İspaniya Kralı VI Felipe, sabah isə İspaniyanın Baş naziri Pedro Sançes ilə görüşəcək.
Görüşlərdə Qəzza məsələsi və İsrailin bölgədə davam edən hücumlarının dayandırılması üçün atılacaq addımların müzakirə olunacağı bildirilib.
Xatırladaq ki, İspaniya mayın 28-də Fələstini rəsmən tanıdığını bəyan edib. Ərdoğan İspaniyanın  bu qərarını alqışladığını vurğulayıb.
Səfər çərçivəsində  qlobal hadisələr və Türkiyə-İspaniya əlaqələri də müzakirə olunacaq.
Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançeslə Türkiyə və İspaniya arasında 8-ci hökumətlərarası sammitə də sədrlik edəcək.
Sammitdə ticarət, maliyyə, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair bir sıra müqavilənin imzalanması planlaşdırılır.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
trt.net.tr

1Mənbələr