AZ

Deputat "veteran pulu"ndan danışdı: "Oktyabrdan artırılsa..."

Müharibə veteranlarına verilən müavinətlərin artırılması bir neçə dəfə qaldırılıb. Bildirim ki, təqaüdünü 80 manatdan 160 manata çatdırmaq üçün o qədər də böyük məbləğ lazım deyil.


Modern.az xəbər verir ki, bunu deputat Əli Məslimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

 

“Hesablamalara görə, ayda 14,4 milyon manat əlavə vəsait tələb olunur ki, bu da bizim büdcə üçün böyük məbləğ deyil. Elə məsələlər var ki, vaxtında həll edilmədikdə bumeranq effekti yaradır. 80 manatlıq müavinətin artırıması ilə bağlı ilin 2-ci yarısında addımlar atılmalıdır. Onların təqaüdləri oktyabrdan artırılsa 45 milyon manat vəsait tələb olunacaq ki, bu da böyük rəqəm deyil”, - deyə o bildirib.

 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 179 840 nəfər müharibə veteranı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
modern.az

1Mənbələr