AZ

Prezident Ərdoğan sui-qəsdlə öldürülən Sinan Ateşin ailəsini qəbiu edib - "Dedi ki..."

Prezident Ərdoğan Ankarada sui-qəsd nəticəsində öldürülən keçmiş Ülkü Ocakları sədri Sinan Ateşin həyat yoldaşı Ayşe Ateşi və uşaqlarını qəbul edib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, görüş zamanı Ateş və övladlarını dinləyən ölkə başçısı onlara bu sui-qəsd işini şəxsi nəzarətində saxlayacağına söz verib.

30 dekabr 2022-ci ildə Ankarada sui-qəsd nəticəsində qətlə yetirilən keçmiş Ülkü Ocakları prezidenti Sinan Ateşin həyat yoldaşı Ayşe Ateş Türkiyə mediasına bildirib ki, Ərdoğan 1.5 saat çəkən görüşdə onları səbrlə dinləyib: "Biz, əslində, onunla dərdləşdik. O, həqiqətən məni və qızlarımı uzun müddət dinlədi. Qızlarım da onunla uzun-uzadı söhbət etdi. Vəziyyəti izah etdik. Çox məmnun ayrıldıq. O da lazım olanın tez bir zamanda ediləcəyini söylədi..."

Firudin Səfərli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
2
mia.az

3Mənbələr